Venesiya film festivalının qalibləri bəlli oldu – FOTO

Dünya


Venesiyada baş tutmuş kinofestivalın əsas mükafatı olan “Qızıl Şir” yunan rejissoru Yorqos Lantimosun “Poor Things” (“Yazıq bədbəxtlər”) filminə verilib. Mərasim Venesiya Film Festivalının “X” hesabında yayımlanıb. Qaliblərin siyahısı festivalın saytında dərc olunub.

“Ən yaxşı aktyor” nominasiyasında Mişel Frankonun “Memory” (“Yaddaş”) filminə görə Piter Sarsqaard, “Ən yaxşı aktrisa” nominasiyasında isə “Priscilla” (“Prissilla”) filmindəki roluna görə Keyli Speni qalib olublar.

“Ən yaxşı ssenari” nominasiyasında mükafat çilili rejissor Pablo Larrainin “El Conde” (“Qraf”) filminin ssenarisinə görə Pablo Larrain və Gilermo Kalderona verilib.

Münsiflər heyətinin xüsusi mükafatına isə polşalı kinorejissor Aqneşka Hollandın “Zielona granica” (“Yaşıl sərhəd”) filmi layiq görülüb.

Mənbə: Meduza

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir