Hacıqabulda bir gündə əmioğlulardan biri intihar edib, digərini maşın vurub

Kriminal


Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini isə maşın vurub.

resmixeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.

Digər hadisə isə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Röyal Abuzər oğlu Ələkbərovu vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir