Çində dövlət işçilərinə “iPhone”dan istifadə qadağan olundu

Dünya


Çin dövlət qurumları əməkdaşlarının iş məqsədləri üçün “iPhone” və digər xarici brendlərin istehsalı olan qadjetlərdən istifadəsini qadağan edib.

Məlumata görə, bəzi dövlət qurumlarının əməkdaşları bu cür göstərişləri rəhbərlərindən iş çatları vasitəsilə və ya şəxsən alıblar.

Bildirilir ki, Çin hakimiyyəti bir neçə il öncə hökumət işçilərinin “Apple” məhsullarından istifadəsini məhdudlaşdırsa da, indi qadağalar genişlənib. Belə ki, 2014-cü ildə Çin hökuməti dövlət satınalmaları vasitəsilə ABŞ istehsalçısından avadanlığın, o cümlədən “iPad” və “MacBook”un alınmasını qadağan edib.

Mənbə: rbc.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir