Peruda COVID-19-un yeni variantına yoluxma halları qeydə alınıb

Dünya


Peruda iki nəfərin COVID-19-un yeni variantı olan “Eris”ə yoluxduğu təsdiqini tapıb.

Yerli radiostansiyalardan birinin məlumatına görə, “Eris”ə yoluxanlar paytaxt ətrafında yaşayan insanlardır.

Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanlardan biri 57 yaşlı kişi, digəri isə 56 yaşlı qadındır.

Məlumatda qeyd olunur ki, hər iki xəstədə simptomlar yüngül olduğundan onlar evdə təcrid olunurlar.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Eris” ştammını (EG.5) koronavirusun yeni variantları siyahısına əlavə edib.

Mənbə: RPP

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir