Bakı-Şamaxı-Yevlax avtomobil yolu qismən bərpa olunub

Cəmiyyət


Dünən sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax avtomobil yolu bu gün qismən bərpa olunub.

resmixeber.az-nın Şirvan bürosu xəbər verir ki, bu gün birtərəfl hərəkət xətti bərpa olunan yoldan səhər saatlarından sel nəticəsində yola yığılmış lil qatlarının təmizlənməsi və təmir-bərpa işləri davam etdirilir.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası cəlb olunub. Bütün bu görülən işlərlə yanaşı ziyan dəymiş elektrik və rabitə dirəklərinin də bərpası işləri aparılır.

Sel fərdi evlərə, iaşə obyektlərinə, təsərrüfatlara ciddi ziyan vurub.

Hazırda dəymiş ziyanın hesablanması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir