İran – Pakistan sərhədində silahlı toqquşma olub, ölən var

Dünya


İranın sərhəd xidmətinin əməkdaşı ölkənin cənub şərqində Pakistanla sərhəddə baş verən atışma nəticəsində həlak olub.

Bu barədə İran KİV-ləri məlumat yayır.

Məlumatda qeyd olunur ki, toqquşma Pakistan tərəfdən bir qrup silahlının İran sərhədçilərinə atəş açmasından sonra başlayıb.

Hadisə nəticəsində döyüş növbətçiliyində olan İran hərbçisi ölüb.

Silahlıların İran ərazisinə daxil olub-olmaması barədə məlumat verilmir.

Mənbə: Tasnim

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir