Kanadadan Rusiyaya qarşı yeni SANKSİYALAR

Dünya


Kanada Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib.

Moskvanın üç məhkəməsinə qarşı məhdudiyyətlər tətbiq olunub.

Bu barədə Kanada Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Kanada Rusiyanın 15 fiziki və üç hüquqi qurumuna qarşı yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar artan insan haqları pozuntuları və dövlət zorakılığına cavab olaraq tətbiq olunur”, – deyə Kanada xarici işlər naziri Melani Joli qeyd edib.

Onun sözlərinə görə, bu yolla Rusiya daxili fikir ayrılığını yatırtmağa çalışır.

Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslər Rusiya hökumətinin, məhkəmə və istintaq komitələrinin, həmçinin federal büdcədən maliyyələşən məhkəmələrin yüksək vəzifəli şəxsləridir.

Məlum olub ki, Moskvanın Basmannı Rayon Məhkəməsi, Moskvanın Xamovniçeski Rayon Məhkəməsi və paytaxtın Şəhər Tribunalı məhdudiyyətlərə məruz qalıb.

Bu şəxslər Rusiya müxalifət liderlərinə, o cümlədən Vladimir Kara-Murza, Aleksey Navalnıya və digər Rusiya vətəndaşlarına qarşı insan haqlarının pozulmasında birbaşa iştirak ediblər.

Mənbə: RBC-Ukrayna

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir