Ramanada avtomobili yandırmağa görə keçmiş məhkum tutulub

Cəmiyyət


Avqustun 2-də gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birinin həyətində “Changan” markalı avtomobilin yandırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Peyman Davudov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir