Bakıda və Abşeronda temperatur normadan dörd dərəcə yüksək olub – FAKTİKİ HAVA

Cəmiyyət


Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından dörd dərəcə yüksək olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 15-i saat 09:00-a olan məlumata əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam edib, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.

Sinoptik şəraitlə əlaqədar ölkədə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir.

Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir