Ermənistanda hərbçi “dedovşina” nəticəsində ölüb

Dünya


Ermənistanda hərbi qulluqçunun ölümü ilə bağlı iki hərbçi saxlanılıb.

Bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, əsgər Jora Karapetyanı intihara sürükləməkdə şübhəli bilinən iki hərbçi yoldaşı saxlanılıb.

İstintaqın ilkin məlumatlarına görə, Jora Karapetyana qarşı hərbi nizamnamədən kənar davranışlara yol verilib.

Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Jora Karapetyanın qeyri-müəyyən şəraitdə ölümcül güllə yarası alması barədə məlumat yayılmışdı.

Mənbə: Sputnik Ermənistan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir