Türkiyədə bələdiyyə sədri ərəb şahzadəsi ilə birlikdə xidməti avtomobilində qəza törətdi – FOTO/VİDEO

Dünya


Türkiyənin Kahramanmaraş bələdiyyə sədri Hayrettin Güngör bu yaxınlarda şəhəri ziyarətə gələn Səudiyyə Ərəbistanı şahzadəsi Lamia Bint Majid Al Sauda ilə gəzinti zamanı qəzaya düşüb.

Bələdiyyə sədri şahzadəni gəzdirmək üçün özünün idarə etdiyi xidməti avtomobillə qəza törədib. Hadisə bələdiyyə binasının yaxınlığında baş verib. Hayrettin Güngör avtomobildən enərək toqquşduğu digər maşında olan vətəndaşların vəziyyətlərini soruşub. Digər avtomobildə olanların yüngül yaralandıqları məlum olub.

Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti bir müddətlik dayandırılıb, daha sonra açılıb.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir