Şahzadə Harri “Kral Əlahəzrətləri” titulundan məhrum edilib

Dünya


Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin “Kral Əlahəzrətləri” titulunu yığışdırıb.

Kral ailəsinin hər bir üzvünün yer aldığı “The Royal Family” (Kral Ailəsi) bölməsində Şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb.

Məlumata görə, bu, Şahzadə Harri və Meqan Marklın kral ailəsinin işləyən üzvlərinin vəzifələrini buraxaraq Böyük Britaniyadan ABŞ-yə köçdükdən üç il sonra baş verib.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. Sasseks hersoqu “Kral ailəsinin “böyük” üzvlərinin fəaliyyətindən uzaqlaşmaq və daha çox maliyyə cəhətdən müstəqil olmaq üçün işə başlamaq niyyətindəyik”, – deyə bildirib.

2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur amerikalı aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik “Spare” kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib.

Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır.

Mənbə: Page Six

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir