Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib

Cəmiyyət


Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Güzdək qəsəbəsində onmərtəbəli yaşayış binasının dördüncü və beşinci mərtəbələrində hər birinin ümumi sahəsi 69 kvadratmetr olan iki üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları ümumilikdə altı kvadratmetr sahədə və iki ədəd plastik qapı yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir