Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

Cəmiyyət


Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, hadisə Çerkassi küçəsində qeydə alınıb.

“Nissan” və VAZ 21015 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində VAZ-ın sürücüsü Gülmirzə Mikayılov və həyat yoldaşı Təranə Mikayılova xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.  

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir