Qısamüddətli yağış yağacaq, 35 dərəcə isti olacaq – HAVA PROQNOZU

Cəmiyyət


Azərbaycan ərazisində avqustun 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən, yağmursuz hava gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, səhər 15-20 m/s, axşam arabir 23-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava gözlənilir. Lakin gündüz şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir