“İran Yaponiya olmaq istəyirdi, Şimali Koreya oldu” – VİDEO

Dünya


İranda sosial-iqtisadi vəziyyət pisləşdikcə və rejimin özünü qorumaq naminə ölkə vətəndaşlarının iradəsinə müqaviməti artdıqca, təkcə sadə insanlar, o cümlədən gənclər deyil, tanınmış şəxsiyyətlər və ictimai simalar da hakimiyyətin ünvanına sərt tənqidlərini və etirazlarını daha uca səslə bildirməyə başlayıblar.

Məşhur İran idmançısı Məhəmməd Dadkanın bir neçə gün öncə verdiyi müsahibə də bu qəbildəndir.

Bir vaxtlar “Persepolis” klubunun və İran milli yığmasının futbolçusu kimi şöhrət qazanmış, müəyyən dövrdə İran Futbol Federasiyasına rəhbərlik etmiş, hazırda Tehrandakı Şəhid Behişti Universitetinin professoru olan 67 yaşlı Məhəmməd Dadkan nüfuzlu “Arman-e melli” qəzetinə verdiyi geniş video müsahibədə İran hakimiyyətinin daxili və xarici siyasətini kəskin tənqid edib, necə deyərlər, rejimin daşını daş üstündə qoymayıb.

Müsahibəsinin əvvəlində İran hakimiyyətinin ABŞ əleyhinə siyasətinə və rejim tərəfdarlarının “Amerikaya ölüm!” şüarına etirazını bildirən Dadkan deyib:

“Bir vaxtlar İran parlamentinin sədri söyləyirdi ki, biz İranı İslam dünyasının Yaponiyasına çevirəcəyik, amma indi Yaponiya olmaq idealından və arzusundan əl çəkib, İslam dünyasının Şimali Koreyası olmuşuq”.

Bununla o, təqribən iyirmi il öncə İran İslam Şurası Məclisinin sabiq sədri və ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin yaxın qohumu Qulaməli Həddad Adilin “Frans Press” agentliyinə verdiyi müsahibədə dediyi sözlərə işarə edib.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir