Bred Pitt öz filminin çəkilişlərini dayandırdı

Dünya


Bred Pitt “Formula-1” yarışları dünyasında baş verənlərdən bəhs edən “Apogey” filminin çəkilişlərini dayandırıb.

Onun bu addımı ABŞ Aktyorlar Gildiyasının tətili ilə həmrəylik nümayiş etdirmək məqsədilə atdığı iddia olunur.

Bildirilir ki, filmin planlaşdırılan istehsalı növbəti iki ay üçün təxirə salınıb. Çəkilişlər Budapeştdə aparılıb.

Növbəti planlaşdırılmış çəkilişlərin noyabr ayında Las-Veqasda keçirilməsi gözlənilir. Bu vaxta qədər tətildə iştirak edən hər kəs ssenaristlər, aktyorlar və studiyalar arasında mövcud dalandan çıxış yolu tapmağa ümid edirlər.

Xatırladaq ki, Bred Pitt “Apogey” filmində rol alır və eyni zamanda filmin prodüserdir. Ekran əsərinin yaradılmasında keçmiş dünya çempionu Lyuis Hemilton iştirak edir.

Mənbə: kinonews.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir