Mingəçevirdə sahibsiz itlər sakinlərin kabusuna çevrilib: İcra hakimiyyəti isə məsələni müzakirə edir – VİDEO

Cəmiyyət


Son zamanlar Mingəçevirdə sahibsiz itlərin sayı durmadan artır.

Baku TV-nin şəhərin müxtəlif hissələrində insanlar arasında apardığı sorğu zamanı küçə itlərinin onların həyatı üçün təhlükə yaratdığını deyirlər.

Sakinlərin sözlərinə görə, şəhərdə sahibsiz itlər sayıları 5-6 olmaqla dəstə şəklində gəzirlər, heyvanların səsindən yata bilmirlər.

Onlar iddia edirlər ki, səhər saatlarında sahibsiz itlərin insanlara hücum etmələrinin dəfələrlə şahidi olublar.

Mingəçevir icra hakimiyyətinin başçısının müavini Məhluqə Cavadova məsələyə münasibət bildirərkən deyib ki, sözügedən problem müzakirə mərhələsindədir.

Daha ətraflı Baku TV-nin süjetində:

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir