Goranboyda minik avtomobili aşdı: Xəsarət alanlar var

Cəmiyyət


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın məlumatına görə, hadisə rayonun Səfikürd kədinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “QAZ -3110” markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 1988-ci il təvəlüdlü Elnur Mamedov və 1984-cü il təvəllüdlü Ruslan Cənnətov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimallara görə, qəzaya səbəb maşının təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir