Borrel: “Odessaya gecə hücumu Kremlin daha bir hərbi cinayətidir”

Dünya


“YUNESKO tərəfindən qorunan mədəniyyət abidələrinin dağılması ilə nəticələnən Odessaya kütləvi raket hücumu Rusiya Federasiyasının növbəti hərbi cinayətidir”.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell “Twitter”də yazıb.

“Rusiyanın YUNESKO tərəfindən qorunan Odessaya qarşı davamlı raket terroru, eyni zamanda əsas pravoslav kilsəsinin – dünya irsi obyektini məhv etməsi Kremlin növbəti hərbi cinayətidir. Rusiya Ukraynanı məhv etmək üçün artıq yüzlərlə mədəniyyət obyektinə ziyan vurub”, – Borrell bildirib.

Qeyd edək ki, iyunun 23-də gecə saatlarında Odessaya edilən raket hücumu zamanı “Caliber”, “Onyx”, Kh-22, həmçinin “İskəndər-K” və “İskəndər-M” raketlərindən istifadə olunub. Raket atəşi nəticəsində azı bir nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var. Şəhərdə 40-dan çox binaya, o cümlədən 25 tarixi memarlıq abidəsinə ziyan dəyib.

Mənbə: zn.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir