Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var

Cəmiyyət


Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, hadisə rayonun Müqtədir kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü, rayon sakini 1989-cu il təvəllüdlü Turac Həsrətulla oğlu Qaibxanov aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir