Buzovnada qanunsuz tikili sökülüb – FOTO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

resmixeber.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonu ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müfəttişi Adil Bayramov açıqlamasında bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən sökülən obyekt sahibləri heç bir sənəd təqdim etməyiblər:

“Xəzər rayonu Buzovna qəsəbəsində Nizami küçəsində dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən qanunsuz tikintiyə davam etdirilib. Tərəfimizdən qanunsuz tikilən obyektlərə qarşı söküntü edilməsi qərarı verilib. Bundan başqa Qala qəsəbəsi Südçülük sovxozu ərazisində də iki dənə qanunsuz obyektin söküntüsü aparılacaq”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi qanunsuz ev və obyektlərin tikintisinə qarşı tədbirləri davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir