Türkiyə aviaşirkətinə məxsus təyyarədə bomba təhlükəsi: Buxarestdə təcili eniş etdi

Dünya


Sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən bazar ertəsi Buxarest ətrafında yerləşən Henri Coanda Beynəlxalq Hava Limanında təcili eniş edib.

Məlumata görə, minaaxtaranlar qrupu müvafiq prosedurlara əməl edərək sərnişinləri təyyarədən çıxarıb. Onlar yoxlanılaraq təhlükəsiz yerə aparılıblar.

Bildirilir ki, söhbət İstanbul – Düsseldorf marşrutu ilə uçan Türkiyənin “Pegasus Airlines” aviaşirkətinin “Airbus A321” təyyarəsindən gedir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir