Novxanı çimərliyindəki zibillik və acınacaqlı vəziyyət aradan qaldırıldı – FOTO

Cəmiyyət


Novxanı çimərliyi ərazisində tullantıların ətrafa atılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb. 

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib. 

O bildirib ki, əraziyə keçirilən baxış zamanı Novxanı dairəsi adlanan ərazidən Novxanı çimərliyinə gedən yolun kənarına istirahətə gələn vətəndaşlar tərəfindən plastik və digər bərk məişət tullantılarının atıldığı müəyyən edilib:

“Sözügedən ərazi xidmətin əməkdaşlarının nəzarəti altında Sumqayıt Təmizlik Departamentinin işçiləri tərəfindən tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilib”.

Vaqif Cavadov onu da qeyd edib ki, ərazinin nəzarətdə saxlanılması üçün Sumqayıt Təmizlik Departamentinə tapşırıq verilib.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir