Kür çayı quruyur: Heyvanlar, ağaclar məhv olur – VİDEO

Cəmiyyət


Azərbaycanın ən böyük çayı, ölkənin isə əsas şirin su mənbəyi olan Kürdə suyun səviyyəsi yenə kəskin azalmağa başlayıb.

Bu vəziyyət daha çox çayın aşağı axın hissəsində, yəni Salyan və Neftçala rayonlarında müşahidə olunur.

Neftçala sakini Məmməd Bayramov deyir ki, heyvanlar su içə bilmirlər, həyətlərdə ağaclar məhv olur: “Su çəkiblər, amma o da 10 dəqiqə verilir və kəsilir. Həmin su da yodludur, ağacları məhv edir. Bizə Kürün suyu lazımdır”.

Ekspert Sahib Həsənovun sözlərinə görə, yayın oğlan çayında Kür çayında suyun səviyyəsinin təxminən iki metr aşağı düşməsi təşviş və narahatçılıq doğurur: “10-12 gün əvvəl Kürdə suyun səviyyəsi normal idi. Bunun səbəbləri araşdırılmalıdır”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir