“Titanik”in rejissoru “Titan” faciəsi haqqında film çəkə bilər

Dünya


“Titanik” qalıqlarını görmək üçün 30 dəfə suya dalan, batmış layner haqqında film çəkən kanadalı rejissor Ceyms Kemeron “Titan” sualtı aparatının faciəsini lentə ala bilər.

Məlumata görə, “Titan”ın fəlakəti dünyanın ən məşhur yayım saytlarından birində böyük bir serialın əsasını təşkil edə bilər. Layihəyə Ceyms Kemeron rejissorluq etmək istəyir. Bu, onun ürəyinə yaxın bir hekayədir.

İddia olunur ki, faciəni öyrənmək üçün rejissora kifayət qədər vaxt və pul ayrılacaq.

O da məlumdur ki, prodüserlər aktyorlar Mett Deymon və Kumeyl Nancanini baş rollarda görmək istəyirlər.

Xatırladaq ki, “Titan” sualtı aparatı ilə əlaqə iyunun 18-də kəsilib. İyunun 19-da axtarış-xilasetmə əməliyyatına başlanılıb. Batiskafın qalıqları iyunun 22-də axtarışlar zamanı aşkar edilib. Ekipaj üzvləri ölmüş hesab olunub.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir