BMT-nin baş katibi Putinə məktub göndərib

Dünya


BMT-nin baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin Rusiya hissəsinin həyata keçirilməsi ilə bağlı təkliflərlə məktub göndərib. Bunu çərşənbə günü BMT baş katibinin nümayəndəsi Stefan Dücarrik deyib:

“Bu istiqamətdə davam edən səylər çərçivəsində baş katib dünən Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək, Qara dəniz təşəbbüsünün qorunub saxlanması üçün anlaşma memorandumunun həyata keçirilməsinin təkmilləşdirilməsinə yönəlmiş təklif irəli sürüb”.

Dücarrik qeyd edib ki, BMT-nin baş katibi taxıl sazişi ilə bağlı təklifləri üzrə Rusiya ilə gələcək qarşılıqlı fəaliyyətə hazırdır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir