AQTA sədri: “İranın bir müəssisəsinin təsdiqindən imtina olunub”

Cəmiyyət


“2023-cü ilin birinci yarımili üzrə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) yerli qida obyektlərindən 4 214 müraciət daxil olub. Həmin müraciətlər əsasında 3 905 qida obyekti qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib”.

resmixeber.az-ın məlumatına görə, bunu AQTA sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, yeni Qanundan irəli gələrək qida və yem obyektlərinin qeydiyyatı və təsdiqi qaydası hazırlanıb:

“Qayda təsdiq olunduqdan sonra indiyədək yüksək riskli məhsullara aid qeydiyyata alınmış obyektlər yeni Qanuna uyğun olaraq təsdiq edilmək üçün yenidən qiymətləndiriləcək. Qeydiyyatı və təsdiqi olmadan fəaliyyət göstərən obyektlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək”.

AQTA sədri deyib ki, BMT-nin üzvü olan bütün ölkələrə xaricdə yerləşən obyektlərin təsdiqinə dair yeni tələblə bağlı rəsmi məlumat verilib:

“Ötən dövr ərzində 22 ölkədən 495 istehsalçıdan müraciətlər daxil olub. 10 ölkənin 125 müəssisəsi ilə rəsmi prosedurların icrasına başlanıb. Rusiya, Belarus, İran, Çin, Ukrayna, Gürcüstan, Bolqarıstan olmaqla, 7 ölkədən 77 müəssisənin yerində və ya onlayn formatda qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı 29 müəssisə təsdiq olunub, 16 müəssisə aşkarlanmış nöqsanların aradan qaldırılması tələbi ilə şərti təsdiq edilib, 1 İran müəssisəsinin təsdiqindən imtina olunub. AQTA-nın internet səhifəsində təsdiq və şərti təsdiq edilmiş müəssisələr haqqında məlumatla 3 dildə tanış olmaq mümkündür”.

Q.Təhməzli qeyd edib ki, artıq Çin və Gürcüstandan olan obyektlər təsdiq olunmamış məhsulların idxalını dayandırıblar, Hindistan, Rusiya, Belarus və Ukraynaya isə yaxın aylardan etibarən idxalın dayandırılması ilə bağlı rəsmi məktublar ünvanlanıb.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir