“Real Madrid” Arda Gülerlə müqavilə imzladı – VİDEO

Dünya


“Fənərbağça”nın futbolçusu Arda Gülerin “Real Madrid”ə keçidi rəsmiləşib.

İspaniya klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, Türkiyə millisinin üzvü tibbi müayinədən keçdikdən sonra altı illik müqavilə imza atıb.

18 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində 24 nömrəli formanı geyinəcək.

“Kral klubu” bu keçid üçün 20 milyon avro ödəyəcək. Əlavə olaraq 10 milyon avro bonus nəzərdə tutulub. Bundan başqa, “Fənərbağça” futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Arda Güler 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir