Fransalı deputat Makronu topa tutdu

Dünya


“Fransa baş verən etirazlar, iğtişaşlar onu göstərir ki, ölkədə iqtisadi-sosial çətinliklər var”.

resmixeber.az-ın məlumatına əsasən, bunu Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusundakı tədbir çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fransada baş verənlər hökumətin siyasətinin nəticəsidir.

“Təəccüblü deyil, vəziyyətin bu yerə çatması gözlənilən idi. Əhali Fransa siyasətindən əziyyət çəkir. Biz Fransa siyasətinin qurbanlarıyıq”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, Fransada hamı deyir ki, hökumətin siyasətindən əziyyət çəkir:

“Polis zorakılığı haqqında danışarkən, Prezident Emmanuel Makron deyir ki, elə şey yoxdur. Amma ortada zorakılığa dair xeyli faktlar var”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir