Bakıda zəncirvari qəza: Yol bağlandı – VİDEO

Cəmiyyət


Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb. 

Belə ki, “Mercedes”, “Shacman” və “Chevrolet” markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəza səbəbindən ötən gecə sözügedən istiqamətdə nəqliyyatın hərəkətində güclü tıxac müşahidə edilib. Qəza nəticəsində ölən və yaralananların olub-olmadığı ilə bağlı məlumat yoxdur.

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bir neçə gün öncə baş verib:

“Hadisə zamanı ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir