Ötən il Azərbaycanda qeydə alınan yeni vərəm xəstələrinin sayı AÇIQLANDI

Cəmiyyət


“Ötən il Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb”.

“resmixeber.az” xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı keçirilən multisektoral görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, keçən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunub:

“Ötən il həm ilkin, həm də təkrar xəstələr arasında 1 034 nəfər müalicəyə qoşulub. Vərəmlə xəstələnmə 28,4 faiz təşkil edib ki, onlardan 22,5 faizi ağciyər, 5,9 faizi isə ağciyərdənkənar vərəmdir. İlkin xəstələr arasında 75 faizə qədər vərəm mikrobakteriyası aşkarlayırıq, təkrar xəstələrdə bu rəqəm 93 faizə qədər təşkil edir”.

İnstitut direktoru vurğulayıb ki, həmin müddətdə müalicə götürən vərəm xəstələri arasında 85 faizə qədər halda vərəm mikrobakteriyası aşkarlanıb:

“Təəssüf ki, dərmanadavamlı vərəm Azərbaycan üçün də problemdir. Bundan əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11,9, təkrar xəstələr arasında 22,6 faiz təşkil edib. Müalicə nəticələrinə gəlincə, hələ ki ÜST-nin qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmana davamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir