Azərbaycanın ən hündür asma körpüsündə işlərin sona çatacağı vaxt açıqlandı

Baş səhifə

Bakı.Trend:

Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa
edilən, 76 m hündürlüyündə, 1186 metr uzunluğunda olan asma
körpüsündə tikinti işləri 50%-dək icra olunub.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.




O, bildirib ki, körpüdə 2026-cı ilin sonunadək tam olaraq
tikinti işləri yekunlaşdırılacaq.

Qeyd edək ki, əhalinin, yerli və xarici turistlərin rahat
gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ
avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa
edilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asma
körpüsü olacaq.