Azərbaycanda iri sahibkarlığa verilən kreditlər artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə
verilən kreditlərin həcmi 8,285 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.

Məlumata görə, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə
29,1 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrünə nisbətən isə
49,2 milyon manat və ya 0,6% çoxdur.




Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda iri
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,256 milyard
manat, 2024-cü ilin noyabrın 1-nə isə 8,236 milyard manat idi.

Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının
biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib
ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%,
ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud
6,8% çoxdur.