
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankı və
Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak
çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə o, “X”
hesabında paylaşım edib.
“ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta
Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq
Bankının sədri Pan Qonşenq ilə görüşdük.
Görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq
ifadə etdik və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar
arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi
ilə bağlı əminliyimizi vurğuladıq. Görüşdə həmçinin hər iki ölkənin
mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın
genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş
sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin
keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin
dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən
danışdıq”,- deyə paylaşımda qeyd edilib.

