
Bakı.Trend:
“İpək Yolu – Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış
məntəqəsinin təsis edilməsi ilə bağlı Saziş layihəsi bu ilin
dekbarın 1-dək imzalana bilər.
Trend-in
məlumatına görə, saziş layihəsi ilə bağlı işlər Dövlət Gömrük
Komitəsi, Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə həvalə
edilib.
Qeyd edək ki, 5 aprel 2022-ci ildə Azərbaycan Respublikası
Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və
Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri
haqqında” Saziş təsdiq edilib.
Sənəddə bildirilib ki, tərəflərin səlahiyyətli orqanları
ayrı-ayrı protokollarla “İpək Yolu” – “Abreşumis Qza” birgə
buraxılış məntəqəsindən daşman mal və nəqliyyat vasitələri ilə
bağlı sərhəd və gömrük prosedurlarının tətbiq olunma prinsiplərini
müəyyən edəcəklər.

