Afrika daha sürətlə istiləşir – BMT

Baş səhifə

Bakı. Trend:

Afrika qitəsi qlobal orta göstəricidən daha sürətlə istiləşməyə
davam edir, iqlim dəyişikliyinin təsirləri isə regionda getdikcə
daha kəskin hiss olunur.

Bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT)
“2025-ci ildə Afrikada iqlimin vəziyyəti” adlı hesabatında
deyilir.

Sənədə əsasən, 2025-ci ildə ekstremal iqlim hadisələri ən azı 13
milyon insana təsir edib, 3 mindən çox insan isə həyatını
itirib.




Hesabatda bildirilir ki, Şimali Afrikada güclü istilər və
quraqlıqlar kənd təsərrüfatına ciddi zərər vurub. Şərqi Afrikada
isə 8,5 milyon insan iqlim fəlakətlərindən təsirlənib.

Məlumatda qeyd olunur ki, artan temperatur Afrika buzlaqlarının
sürətlə əriməsinə səbəb olur. Xüsusilə Kilimancaro dağı üzərindəki
buzlaqlar ciddi şəkildə kiçilib və yaxın gələcəkdə tamamilə yox ola
bilər.

ÜMT-nin məlumatına görə, buzlaqların əriməsi daşqın risklərini
artırır və dəniz səviyyəsinin yüksəlməsinə təsir göstərir. 2025-ci
ildə Afrikadakı ekstremal hadisələrin yarıdan çoxu daşqınlarla
bağlı olub və xüsusilə Nigeriya və Konqo Demokratik Respublikası
ciddi zərər görüb.