Fransada iğtişaşların ilk iştirakçılarına hökm oxundu

Dünya


Qrenobl (Fransanın cənub-şərqi) məhkəməsi kütləvi iğtişaşlarda iştiraka görə ilk hökmləri çıxarıb.

Məlumata görə, üç nəfərə üç aydan dörd aya qədər həbs cəzası verilib.

Bildirilir ki, hər üç məhkum küçə iğtişaşları zamanı quldurluğa cəhdə görə cəzalandırılıb.

Qeyd olunur ki, daha sonra həmin şəhərdə məhkəmə qarşısına 30-a yaxın şəxs çıxacaq ki, onların da böyük əksəriyyəti şənbə günü gecə saatlarında quldurluq etdiklərinə görə saxlanılıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir