Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı – VİDEO

Dünya


Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” – Lukaşenkonun ofisindən bildirilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir