MİT-dən Əbdürrəhman Çadırcı əməliyyatı – FOTO

Dünya


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalındakı Qamışlı bölgəsində PKK terror təşkilatının liderlərindən biri, İnterpolun axtarışında olan Əbdürrəhman Çadırcını zərərsizləşdirib.

Bu barədə Ankarada təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat verilib.

Çadırcı əvvəllər Esad Faraşin ləqəbilə Avropa ölkələrində terror təşkilatının sıralarında fəaliyyət göstərib. Onun bu fəaliyyətləri Türkiyə xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənilib.

Əbdürrəhman Çadırcı PKK qurulduğu andan təşkilatın üzvü olub, 1997-1999-cu illərdə Avropada fəaliyyət göstərib, 2000-ci ildə isə İraqın şimalındakı Kandil dağı bölgəsində yaraqlıların bazasına keçib. 2008-2010-cu illərdə Moskvada terror təşkilatının “məsulu” kimi fəaliyyət göstərib. 2018-ci ildən PKK-nın liderlərindəndir.

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir