Azərbaycanla Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna
Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində
əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında
dərc olunub.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin etməlidir.

Eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş
göndərməlidir.