
Kuril adalarında, Severo-Kurilsk şəhəri yaxınlığında 4,1 maqnitudalı zəlzələ baş verib.
“TASS” xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyası məlumat yayıb.
Məlumata görə, yeraltı təkan saat 07:19-da qeydə alınıb. Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr cənub-şərqdə, 41 kilometr dərinlikdə yerləşib.
Seysmoloqların məlumatına əsasən, təkanların gücü Severo-Kurilskdə 2-3 bala qədər hiss oluna bilərdi.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb, dağıntı qeydə alınmayıb.

