Paytaxtda bəzi avtobus dayanacaqlarının fəaliyyəti dayandırılacaq

Baş səhifə

Bakı. Trend:

Avqustun 10-da paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə
kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində
aidiyyəti qurum tərəfində təmir işləri aparılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən
məlumata görə, təmir işləri ilə əlaqədar həmin yol sahəsində
yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində
çətinliyin və diskomfortun yaranacağı nəzərə alınaraq avqustun
10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli
marşrutlar bu dayanacaqlarda saxlamayacaq.




Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə
sərnişinlərə xidmət göstərəcək.