İran rəsmisi Məkkə Sazişi ölkələrinə xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

İran parlamentinin (Məclisin) Milli Təhlükəsizlik və Xarici
Siyasət Komitəsinin sədri İbrahim Əzizi Məkkə Sazişinin iştirakçısı
olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə
çağırıb.

Bu barədə İbrahim Əzizi “X” sosial şəbəkəsində yazıb.

“Məkkə Sazişi nümayiş edir ki, ərəb ölkələri nəhayət
təhlükəsizliyin region ölkələri arasında əməkdaşlıqdan asılı
olduğunu dərk ediblər, lakin onlar hələ də düzgün yolu tapa
bilməyiblər!” – deyə o bildirib.




Əzizi həmçinin İrana qarşı mümkün addımların nəticələri barədə
xəbərdarlıq edərək vurğulayıb ki, “heç bir səhv cavabsız
qalmayacaq”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə
Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Məkkə Birgə Müdafiə
Sazişini imzalayıblar. BMT Nizamnaməsinin 51-ci
maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququna əsaslanan
sazişə görə, onu imzalayan üç dövlətdən hər hansı birinə qarşı
həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum
kimi qəbul olunacaq.