
Bakı. Trend:
Yaponiya sakinləri 81 il əvvəl ABŞ tərəfindən Naqasakiyə atılan
atom bombasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad
ediblər.
Ənənəvi olaraq, yerli vaxtla saat 11:02-də bir dəqiqəlik sükut
elan edilib. Məhz 1945-ci il avqustun 9-da həmin vaxt ABŞ Hərbi
Hava Qüvvələrinin B-29 strateji bombardmançı təyyarəsindən atılan
“Fat Man” (“Kök adam”) atom bombasının partlayışı Naqasaki üzərində
baş verib.
Hazırda keçirilən anım mərasimində şəhərin meri Şiro Suzuki sülh
deklarasiyasını oxuyacaq, daha sonra Yaponiyanın Baş naziri Sanae
Takaichi çıxış edəcək.

