
Bakı. Trend:
Oman və İran arasında Hörmüz boğazında naviqasiya qaydaları ilə
bağlı danışıqlar müsbət və konstruktiv bir atmosferdə gedir.
Bu barədə Oman Xarici İşlər Nazirliyinin açıqlamasında
bildirilib.
“Hazırda Hörmüz boğazında gəmiçilik mexanizmləri ilə bağlı
aparılan danışıqlar müsbət və konstruktiv atmosferdə davam edir”, –
deyə mətndə qeyd olunub.
Qurum danışıqlara və əldə olunmuş irəliləyişə təsir göstərə
biləcək hər hansı addımdan “çəkinməyin vacibliyini” vurğulayıb.

