İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın şimalında, Maluku dənizində 5,5 bal gücündə
zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Operativ məlumatlara əsasən, çərşənbə axşamı Moskva vaxtı ilə
saat 23:17-də (yerli vaxtla çərşənbə günü saat 04:17-də) baş verən
zəlzələnin episentri Ternate adasında yerləşən eyniadlı şəhərdən
135 kilometr şimal-qərbdə yerləşib.




Məlumata görə, episentrdə yeraltı təkanların intensivliyi “çox
güclü” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5,7
olaraq qiymətləndirib. Qurumun məlumatına əsasən, zəlzələ ocağı 35
kilometr dərinlikdə yerləşib.