ABŞ-nin su təchizat sistemi kiberhücuma məruz qalıb

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin 12 ştatında su təchizatı sistemləri kiberhücumlara məruz
qalıb.

Bu barədə “ABC News” telekanalı mənbələrə istinadən məlumat
yayıb.

Bildirilib ki, su təchizatı və ya suyun təmizlənməsi sahəsində
genişmiqyaslı nasazlıqlar müşahidə olunmayıb.




Telekanalın məlumatına görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB)
kommunal xidmətlərə və müəssisələrə imkan daxilində sistemləri
internetdən ayırmağı, avtomatik açar və qoruyuculardan istifadə
etməyi, həmçinin avtomatlaşdırılmış sistemlər komprometasiya
olunduğu halda manual idarəetməyə qayıtmaq imkanını nəzərdən
keçirməyi tövsiyə edib.

Mənbələrin iddiasına əsasən, kiberhücumlara görə əsas şübhələr
məhz İrana yönəlib, lakin bununla bağlı hələlik hər hansı rəsmi
sübut yoxdur.