
Bakı. Trend:
Avropa İttifaqının əhalisi ötən il artaraq rekord səviyyəyə
çatıb.
Avropa Komissiyasının açıqladığı yeni statistikaya əsasən,
yanvarın 1-nə Aİ-də 450,4 milyon nəfər yaşayır. Bu, əvvəlki illə
müqayisədə 1,07 milyon nəfər çoxdur.
Mütəxəssislər artımın əsas səbəbinin miqrasiya olduğunu
bildirirlər, çünki təbii artım artıq uzun illərdir mənfi olaraq
qalır.
Son dövrdə Aİ-də doğulanların sayı ölənlərin sayından azdır. Ən
çox əhalisi olan ölkələr Almaniya, Fransa və İtaliya olaraq qalır.
Əhali sayında ən böyük nisbi artım Malta, İrlandiya və Lüksemburqda
qeydə alınıb. Macarıstanda isə əhalinin sayı azalmağa davam edir və
bu tendensiya ölkənin demoqrafik problemlərinin davam etdiyini
göstərir.

