Bakı. Trend:
Nigeriya ordusu Kaduna ştatında Pasxa ayinləri zamanı
terrorçular tərəfindən kilsədə qaçırılan 31 mülki şəxsi azad
edib.
Trend xəbər verir
ki, bu barədə ordunun rəsmi “X” hesabında yayılan açıqlamada
bildirilib.
Kaçia rayonunun Ariko kəndindəki məbəddə ibadət edənlər girov
götürülüb və hücum zamanı beş nəfər öldürülüb.
Əsgərlər hücum edənləri təqib edir.

